- Cəmiyyət, Manşet

Türkiyə əhalinin Mariupoldan dəniz yolu ilə çıxarılması üçün gəmilər verməyə hazırdır

Türkiyə Mariupoldan dəniz yolu ilə dinc əhalinin və yaralıların təxliyəsini təşkil etmək üçün gəmilər verməyə hazır olduğunu açıqlayıb.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin  müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi bu məsələdə öz hərəkətlərini Ukrayna və Rusiyanın müvafiq strukturları ilə əlaqələndirir.
unian.net