Türkiyə Yunanıstanda 9-20 may tarixlərində keçiriləcək NATO-nun “Tiger Meet” Hərbi Hava Qüvvələri təlimlərində iştirakdan imtina edib.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Buna Yunanıstanın təlimi siyasi maraqlarına uyğun şəkildə istifadə edərək Türkiyəni hədəfləyən mövqe sərgiləməsi səbəb olub.