- Cəmiyyət

Türkiyə parlamentinin sədri isveçli həmkarının Ankaraya səfərini ləğv edib

Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norlenin Ankaraya səfərini ləğv edib.

“Report” “TRT”yə istinadən xəbər verir ki, bu qərar PKK terror qruplaşmasına dəstək məqsədilə yanvarın 11-də Stokholmda keçirilən mitinqlə bağlı qəbul edilib. Norlenin səfəri yanvarın 17-də baş tutmalı idi.

“Demokratiya üçün açıq təhlükə olan bu çirkin terror aksiyasına İsveçin icazə verməsi və buna göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmaq istəyən dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir” – deyə, o bildirib