Türkiyənin jandarm qüvvələri Suriyanın Əl Bab bölgəsində terror təşkilatı İŞİD-ə qarşı xüsusi əməliyyat keçirilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, ümumilikdə 16 terrorçu tutulub. İŞİD daxilində “Sözdə Qadi” kimi tanınan və fəaliyyət göstərən terrorçu əməliyyat zamanı yaxalanıb.
Tutulan şəxslərin evlərində aparılan axtarışlar zamanı 2 ədəd “Kalaşnikov” avtomatı, 1 tapança, 1 ov tüfəngi, 85 patron və çoxlu sayda müxtəlif material və sənəd ələ keçirilib. (apa)