Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə britaniyalı həmkarı Liz Trassla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Görüşdə Ukraynadakı vəziyyət və Britaniya-Türkiyə münasibətləri müzakirə olunub.
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar bu gün Brüsseldə NATO XİN başçılarının fövqəladə iclası keçirilir.