- Cəmiyyət, Manşet

Türkiyədə 15 ölkənin iştirakı ilə beynəlxalq hərbi təlim keçirilir

Türkiyədə 15 ölkənin iştirakı ilə “Nüsrət-2023” beynəlxalq hərbi təlimi keçirilir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Çanaqqala və Saros körfəzində icra edilən manevr dekabrın 6-dək davam edəcək.

Təlim çərçivəsində minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.