- Manşet, Mədəniyyət

Türkiyədə 8500 illik tarixi irs

Dünya arxeoloji qazıntılarında tarixi baxımından əhəmiyyətli bir araşdırma olan Marmaray qazıntıları İstanbulun 8500 illik tarixini ortaya qoyub.

TRT xəbər verir ki, İstanbulda Yenikapı, Sirkeci və Üsküdarda ümumilikdə 8 il davam edən qazıntılardan sonra ortaya çıxarılan 60 min əsər yeni muzey inşa edilənə qədər İstanbul Arxeologiya Muzeylərində saxlanılacaq.

Əsrin layihəsi kimi xarakterizə olunan Marmaray qazıntıları çərçivəsində 2004-cü ildə başlayan arxeoloji axtarışlar İstanbulun tarixi prosesi ilə bağlı yeni bir qapı açıb.

İstanbul tarixini 8500 il əvvələ aparan və fərqli dövrlərə aid mədəniyyətlərin izlərini ortaya çıxaran qazıntılar ilk istanbulluların skeletini, ayaq izlərini, dünya ədəbiyyatında yer alan, lakin izləri tapılmayan Thedesius Limanını, dünyanın ən böyük orta əsrlər tarixinə məxsus batmış gəmilər kolleksiyasını, 57 fərqli növdən 60 min heyvan sümüyünü, o dövrə aid bitki növlərinin qalıqlarını, əşyaları, tikililəri tarixə hədiyyə edib. (azertag)