- Cəmiyyət

Türkiyədə partlayış törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

“Partlayış nəticəsində yaralanan şəxslər evə buraxılıblar”.

“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hadisədən bir saat sonra partlayışı törədən şəxs tutulub: “O əməlini etiraf edib. Məlum olub ki, həmin şəxsin qardaşı terror təşkilatının üzvü olub. O, 2014-cü ildə zərərsizləşdirilmişdi”.

S.Soylunun sözlərinə görə, terror qruplaşmalarının Türkiyədə həyata keçirməyi planlaşdırdıqları partlayışların çoxunun qarşısı alınır: “Sabitliyimizi pozmaq istəyənlərə imkan verilməyəcək. Mübarizəmiz davam edəcək”.

Nazir terror aktı ilə bağlı istintaqın davam etdiyini vurğulayıb.