- Manşet

UEFA Avropa Liqası: Liqa mərhələsinin III turuna yekun vurulub

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna yekun vurulub.

“Report”un məlumatına görə, turun son günündə 16 qarşılaşma baş tutub.

Türkiyə klublarından “Fənərbağça” doğma meydanda İngiltərənin “Mançester Yunayted” komandasını heç-heçə edib. “Beşiktaş” isə “Qarabağ”ın rəqiblərindən olan “Lion”dan (Fransa) üstün olub.

Azərbaycan çempionunun digər rəqiblərindən “Olimpiakos” (Yunanıstan) səfərdə İsveçin “Malmö” kollektivinə qalib gəlib. Rumıniya təmsilçisi FCSB isə Şotlandiyada “Reyncers”ə böyük hesabla məğlub olub.

UEFA Avropa Liqası

Liqa mərhələsi

III tur

24 oktyabr

20:45. “Roma” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0

20:45. “Ayntraxt” (Almaniya) – RFS (Latviya) 1:0

20:45. PAOK (Yunanıstan) – “Viktoriya” (Çexiya) 2:2

20:45. “Makkabi” (Tel-Əviv, İsrail) – “Real Sosyedad” (İspaniya) 1:2

20:45. “Ferentsvaroş” (Macarıstan) – “Nitsa” (Fransa) 1:0

20:45. “Qarabağ” – “Ayaks” (Niderland) 0:3

20:45. “Midtyullann” (Danimarka) – “Yunion” (Belçika) 1:0

23:00. “Portu” (Portuqaliya) – “Hoffenhaym” (Almaniya) 2:0

23:00. “Reyncers” (Şotlandiya) – FCSB (Rumıniya) 4:0

23:00. “Tottenhem” (İngiltərə) – AZ (Niderland) 1:0

23:00. “Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə) 0:1

23:00. “Fənərbağça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) 1:1

23:00. “Malmö” (İsveç) – “Olimpiakos” (Yunanıstan) 0:1

23:00. “Atletik” (İspaniya) – “Slaviya” (Çexiya) 1:0

23:00. “Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) 2:0

23:00. “Tvente” (Niderland) – “Latsio” (İtaliya) 0:2

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində IV tura noyabrın 6-da start veriləcək.