- Cəmiyyət

UEFA Avropa Liqası: “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.

“Report” xəbər verir ki, yarışın yarımfinal mərhələsinin cavab görüşləri başa çatıb.

“Budyo Qlimt” evdə “Tottenhem”lə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Atletik” isə ilk oyunda evdə 0:3 hesabı ilə uduzduğu “Mançester Yunayted”in qonağı olub. Matç “Mançester Yunayted”in 4:1 hesablı qələbəsi ilə tamamlanıb.

Beləliklə, “Tottenhem” və “Mançester Yunayted” finala yüksəliblər.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

“Budyo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) 0:2

İlk oyun – 1:3.

“Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) 4:1

İlk oyun – 3:0.

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Turnirin son qalibi İtaliyanın “Atalanta” komandası olub.