- Cəmiyyət

UEFA “Barselona” və “Mançester Yunayted”i cərimələyib

UEFA İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” komandalarını cərimələyib.

Qurumun rəsmi saytının məlumatına görə, buna sözügedən klubların 2022-ci ilin maliyyə hesabatlarında səhvə yol vermələri səbəb olub.

Oyunçu satışından əldə edilən mənfəəti qaydalara uyğun göstərmədikləri üçün Kataloniya təmsilçisi 500 000, “qırmızı şeytanlar” isə 300 000 avro məbləğində cərimə olunublar.

Qeyd edək ki, analoji sanksiya ümumilikdə 9 kluba tətbiq olunub. (report)