UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun baş tutub.
“Report”un məlumatına görə, günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçirilib.
“Real” evdə “Mançester Siti” ilə görüşüb. Qarşılaşma “Kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 3:1.
“Borussiya” doğma meydanda “Sportinq”lə heç-heçə etsə də, iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə keçib. “PSJ” Liqa 1-in digər təmsilçisi “Brest”i, “PSV” isə “Yuventus”u məğlub edib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
19 fevral
“Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun – 3:0
“PSJ” (Fransa) – “Brest” (Fransa) 7:0
İlk oyun – 3:0
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:1
İlk oyun – 3:2
PSV (Niderland) – “Yuventus” (İtaliya) 3:1
İlk oyun – 1:2
Oyunların nəticələrinə görə tnövbəti mərhələyə “Feyenoord”, “Brügge”, “Bavariya” və “Benfika” ilə yanaşı, “Borussiya”, PSJ, “Real”, PSV də yüksəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.