UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
“Report” bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Belə ki, mövsümün ən yaxşı oyunçusu Fransa PSJ-sinin hücumçusu Usman Dembele olub.
Fransalı son turnirdə 15 oyun keçirib. Cinah müdafiəçisi 8 qol vurub və altı məhsuldar ötürmə edib.
Qeyd edək ki, mayın 31-də UEFA Çempionlar Liqasının finalında Milanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edən parislilər tarixlərində ilk dəfə bu kuboku qazanıblar.