- Cəmiyyət

UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

UEFA Konfrans Liqasında bu gün 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

“Report”un məlumatına görə, “Fiorentina” evdə “Panatinaikos”la, “Çelsi” “Kopenhagen”lə üz-üzə gələcək.

“Betis” səfərdə “Vitoriya”nın qonağı olacaq.

UEFA Konfrans Liqası

1/8 final, cavab görüşləri

13 mart

21:45. “Brügge” (Belçika) – “Yagelloniya” (Polşa)

İlk oyun – 0:3.

21:45. “Luqano” (İsveçrə) – “Sele” (Sloveniya)

İlk oyun – 0:1.

21:45. “Rapid” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina)

İlk oyun – 1:1.

21:45. “Yurqorden” (İsveç) – “Pafos” (Kipr)

İlk oyun – 0:1.

00:00. “Vitoriya” (Portuqaliya) – “Betis” (İspaniya)

İlk oyun – 2:2.

00:00. “Fiorentina” (İtaliya) – “Panatinaikos” (Yunanıstan)

İlk oyun – 2:3.

00:00. “Legiya” (Polşa) – “Molde” (Norveç)

İlk oyun – 2:3

00:00. “Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

İlk oyun – 2:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk görüşləri aprelin 10-da, cavab qarşılaşmaları isə 17-də keçiriləcək.