UEFA Konfrans Liqasında bu gün pley-off mərhələsinin cavab görüşləri baş tutacaq.
“Report” xəbər verir ki, “Betis” evdə “Gent”i, “Panatinaikos” “Vikinqur”u qəbul edəcək.
“Molde” isə səfərdə “Şemrok Rovers”in qonağı olacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab qarşılaşmaları
20 fevral
21:45. “Haydenhaym” (Almaniya) – “Kopenhagen” (Danimarka)
İlk oyun – 2:1
21:45. “Pafos” (Kipr) – “Omoniya” (Kipr)
İlk oyun – 1:1
21:45. “Olimpiya” (Sloveniya) – “Borats” (Bosniya və Herseqovina)
İlk oyun – 0:1
21:45. “Betis” (İspaniya) – “Gent” (Belçika)
İlk oyun – 3:0
00:00. “Şemrok Rovers” (İrlandiya) – “Molde” (Norveç)
İlk oyun – 1:0
00:00. “Panatinaikos” (Yunanıstan) – “Vikinqur” (İslandiya)
İlk oyun – 1:2
00:00. APOEL (Kipr) – “Sele” (Sloveniya)
İlk oyun – 2:2
00:00. “Yagelloniya” (Polşa) – TSK (Serbiya)
İlk oyun – 3:1
Qeyd edək ki, UEFA Konfrans Liqasının 1/8 finalının püşkatma mərasimi fevralın 21-də keçiriləcək.