- Cəmiyyət, Manşet

Ukrayna ətrafında vəziyyət necə inkişaf edəcək? Pol Qobl şərh edir…

Ukrayna ətrafında vəziyyət sürətlə pisləşməkdə davam edir. Dünya Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibə ərəfəsində donub.
Caliber.az-ın redaktorları hadisələrin bundan sonra necə inkişaf edəcəyi və bundan çıxış yolları ilə bağlı xarici ekspertlərə sual verib.

Pol Qobl, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri:
“Düşünürəm ki, Putin Rusiyanın Ukraynaya təcavüzünü genişləndirəcək və ölkənin bütün cənub-şərq hissəsini, o cümlədən Krıma “quru körpü”nü ələ keçirəcək. Bu, Rusiyaya qeyri-qanuni ilhaq edilmiş bu ərazinin su təchizatı ilə təmin etmək imkanı verəcək. Düşünmürəm ki, o, Qərbin reaksiyasına görə Kiyevin tutulmasına göstəriş verməyəcək. Bu, Rusiyanın 1930-cu illərdəki Almaniya siyasəti ilə eynidir – az miqdarda götürün ki, başqalarının partlayıcı reaksiyasına səbəb olmasın”.