- Cəmiyyət, Manşet

Ukrayna Baş Qərargahı Rusiyanın canlı qüvvə itkilərini açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

“Report”un xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 20 100-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 762 ədəd tankı, 1 982 ədəd zirehli döyüş maşını, 371 ədəd artilleriya sistemi, 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 145 ədəd helikopteri, 1 458 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 138 ədəd dronu, 26 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.