- Cəmiyyət

Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini təklif edib

Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini təklif edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu fikri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclasında səsləndirib.

“Yeni təhlükəsizlik təminatlarının formalaşdırılması BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, həmçinin Ukrayna, Almaniya və Türkiyə formatında sammitin keçirilməsindən asılıdır. Bu format Ukrayna sərhədində baş verənləri müzakirə etmək üçün idealdır. Ukraynanın təhlükəsizliyi indi bir nömrəli prioritetdir. Biz bunu təmin etmək üçün hər ən kiçik diplomatik fürsətdən istifadə edirik”, – deyə nazir bildirib.