Ukrayna Futbol Assosiasiyasının (UAF) Nizam-İntizam Komitəsi “Veres” klubunu cərimələyib.
“Report”un məlumatına görə, səbəb kimi Kiyev “Dinamo”suna 0:3 hesabı ilə uduzduğu oyundan sonra Rovno təmsilçisinin futbolçusunun dövlət dilində müsahibə verməməsidir. Üstəlik, qərardan şikayət etmək mümkün olmayacaq.
Bundan sonra “Veres” nümayəndələri mətbuat üçün müsahibə və şərhlərini yalnız Ukrayna dilində verməli olacaqlar. Dövlət dilini lazımi səviyyədə bilməyən futbolçular və digər əməkdaşlar üçün klub dil kursu təşkil edilməlidir.
Bu qərar digər ölkələrin vətəndaşları olan şəxslərə aid deyil.