Rusiyanın Donbass regionuna böyük hücumu artıq başlayıb.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko yerli telekanala açıqlamasında deyib.
O, Luqansk və Donetsk regionlarına Rusiyanın hərbi qüvvə və vasitələr cəmləməyə davam etdiyini qeyd edib: “Bəli, orada hələ də ötən bir neçə gün ərzində haqqında müzakirələrin aparıldığı böyük döyüşlər yoxdur. Amma ümumilikdə biz hücumun artıq başladığını deyə bilərik”.
Denisenko gecə ərzində Ukraynanın Dnepropetrovsk regionunda partlayışların və Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovun top atəşinə tutulmasının davam etdiyini qeyd edib.