- Cəmiyyət, Manşet

Ukrayna hərbçiləri Rusiyanın altıncı təyyarəsini məhv edib

Ukrayna silahlı qüvvələri rus işğalçılarının altıncı hərbi təyyarəsini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti Facebookda məlumat yayıb.

“Rusiya Federasiyasının altıncı təyyarəsi Kramatorsk vilayətində məhv edilib”, – məlumatda deyilir.

Hərbçilər daha ətraflı məlumatı sonra verəcəklərini vəd ediblər.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurulmuş 5 düşmən təyyarəsi və bir helikopter barədə məlumat verib.

Bundan əlavə, Luqansk vilayətinin Şçastya şəhərində rus ordusunun hücumu dəf edilib. Döyüşlər nəticəsində 50-yə yaxın düşmən məhv edilib.