- Cəmiyyət

Ukrayna hərbçiləri Kleşeyevka kəndini azad edib

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin Kleşeyevka kəndini Rusiya hərbçilərindən azad edib.

“Report” xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

Qeyd edək ki, kənd 2023-cü il yanvarın 19-da Rusiya tərəfindən işğal olunub.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.