Ukrayna və Rusiya arasında əsirlərin 5-ci mübadiləsi həyata keçirilib.
“Report” xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal altında olan ərazilərin reinteqrasiyası məsələlər üzrə nazir İrina Vereşşuk sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Ukraynanın 76 vətəndaşı əsirlikdən azad olunub. Onlardan 60-ı hərbçi, 16-sı isə mülki şəxslərdir: “Bu gün biz 10-u zabit olmaqla əsirlikdə olan 60 hərbçimizin mübadiləsinin keçirdik. 16 dinc sakin də evlərinə qayıdıb”.
Qeyd edək ki, aprelin 14-də 4-cü əsir mübadiləsi olub. Onda Ukraynanın 22 hərbçisi və 8 mülki vətəndaşı əsirlikdən azad edilmişdi.