- Cəmiyyət

Ukrayna İran səfirini ölkədən qovub

Sentyabrın 23-də İran İslam Respublikasının müvəqqəti işlər vəkili Ukraynadakı İran Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

“İran tərəfinə bildirilib ki, Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadəsi üçün Rusiyaya İran silahlarının tədarükü İranın ali rəhbərliyin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir. Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü İranla münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.

Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri Ukraynada İrana məxsus “Mohajer-6” hücum pilotsuz təyyarəsini vurub.

Bundan əvvəl Ukrayna hərbçiləri İran istehsalı olan “Şahed-136” kamikadze-dronlarını vurub. Yenidən rənglənmiş və adı dəyişdirilərək “Geran-2” olan “Şahed-136” PUA-ları getdikcə daha çox Ukraynanın zirehli və artilleriya maşınlarının mövqelərinin yaxınlığında aşkar edilir.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova