Ötən gecə Ukrayna Rusiya tərəfindən kütləvi hücuma məruz qalıb, Kiyevdə zərbələr nəticəsində çoxlu insan ölüb, onlarla insan yaralanıb.
APA xəbər verir ki, Ukrayna Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, bu gün səhər saatlarına olan məlumata görə, 9 nəfər həlak olub.
Bundan başqa hava zərbələri nəticəsində 63 nəfərin xəsarət aldığı bildirilir ki, onlardan da 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib.
“Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, – məlumatda bildirilir.