- Cəmiyyət, Manşet

Ukrayna MN: “Ölkəmizə ABŞ, Niderland və Almaniyadan “Patriot”lar gətirilib”

Ukraynaya ABŞ, Niderland və Almaniyadan “Patriot” hava hücumundan müdafiə sistemləri gətirilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk teleqram kanalında bildirib.

O qeyd edib ki, “Patriot” sistemləri Rusiyanın qanadlı raketlərinin və pilotsuz uçuş aparatlarının hücumlarından qorunmağa kömək edəcək.