- Cəmiyyət

Ukrayna ordusu Rusiyaya məxsus TOS-1 sistemini məhv edib

Ukrayna Silahlı qüvvələri Rusiyaya məxsus TOS-1 (ağır odsaçan artilleriya sistemi) sistemini və yaylım atəşli reaktiv sistemlərini məhv edib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Cənub Ordu Komandanlığı məlumat yayıb.

Komandanlığın məlumatında göstərilir ki, Ukrayna artilleriyası 330 döyüş tapşırığı yerinə yetirib. Sutka ərzində 1 ədəd TOS-1 sistemini, 1 ədəd yaylım atəşli reaktiv sistemlərini, 2 haubitsanı, 3 tankı, 2 PDM-i və silah anbarlarını məhv edib. 10 Rusiya hərbçisi zərərsizləşdirilib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova