Ukrayna ordusu “Qrad” reaktiv yaylım atəş sistemlərində Şimali Koreya istehsalı olan raketlərdən istifadə edir.
Modern.az xəbər verir ki, “Financial Times” (FT) qəzetinin jurnalisti raketlərin döyüş meydanında istifadə edildiyini görüb.
Şimali Koreyanın raketlərinin Ukraynaya necə gəldiyi məlum deyil. Qəzet yazır ki, Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak raketlərin “Rusiya qoşunlarından qənimət kimi götürüldüyünü” ehtimal edir.
Ukraynanın istifadə etdiyi Şimali Koreya sursatları 1980-1990-cı illərdə istehsal edilib. Topçular bildiriblər ki, partlamamış hərbi sursatlarin sayı nisbətən yüksək olduğuna görə belə mərmilərə adətən üstünlük verilmir.