- Cəmiyyət

Ukrayna səfiri Azərbaycana təşəkkür edib

“Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə ağır dövrdə Ukraynaya yardım göstərdiyinə görə təşəkkürümü bildirirəm”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

O deyib ki, göndərilən humanitar yardım hazırda atəş altında qalan yüzlərlə dinc sakinin həyatını xilas edəcək:

“Bizə məhz bunlar lazımdır: medicament, tibbi avadanlıq, məhsul. Biz sadəcə strateji tərəfdaş deyilik, həm də dostuq. Artıq 17 gündür ki, Rusiya Ukraynaya qarşı müharibə aparır. Onlar düşünürdü ki, Ukrayna təslim olacaq. Amma biz küçəyə çıxdıq, mübarizə apardıq. Rus tanklarına qarşı molotov kokteyllərindən istifadə etdik. Xalq düşmənə qarşı mübarizə aparır. Çünki onlar öz ailələri, öz ölkələri üçün mübarizə aparırlar. Ruslar bunu gözləmirdilər. Bu gün Ukraynada Vətən müharibəsidir. Qəddar, mürəkkəb müharibədir, çünki Rusiya strateji məqsədlərindən heç birinə nail olmayıb. İndi isə taktikasını uzun məsafədən – Rusiya və Belarus ərazisindən Ukraynanın dinc şəhərlərini atəş açmağa dəyişib. Düşmən faktiki olaraq Suriya ssenarisinə keçib. Onlar Ukrayna şəhərlərini yerləbir etmək istəyir, oranı Ağdamın vəziyyətinə salmaq istəyirlər. Düşmən Ukrayna ərazisinə İŞİD kimi terrorçu təşkilatları cəlb etmək istəyir. Düşmən kimyəvi bombadan istifadə etmək üçün planlar qurur. Lakin, necə deyərlər, maskalar cırılıb. Bu günədək ən çox dinc əhali əziyyət çəksə də – bu faktiki soyqırımıdır – düşmən Ukraynanın məğlub edilməsinin mümkünsüzlüyünü gördü. Ukrayna xalqı, Prezidenti, Silahlı Qüvvələri Rusiya ordusunun məğlubedilməzliyi əfsanəsini puça çıxardıb”.