Ukrayna Səhiyyə Nazirliyi Belarusda istehsal olunan dərmanların satışına və istifadəsinə qadağa qoyub.
Bu barədə Səhiyyə Nazirliyinin Telegram-kanalında məlumat verilib.
“Belə ki, Ukraynada istehsalçıları və/yaxud sifarişçiləri Belarus Respublikasında hüquqi ünvanı və/yaxud iş yerinin ünvanı olan 39 dərman vasitəsinin istifadəsi qadağandır”, – deyə məlumatda deyilir.
Səhiyyə Nazirliyinin 19 mart tarixli əmri ilə bu dərman vasitələrinin qeydiyyat şəhadətnamələrinin qüvvəsinə xitam verilib.