- Cəmiyyət, Manşet

Ukrayna Silahlı Qüvvələri indiyədək 300-dən çox İran PUA-sı zərərsizləşdirib

“Ukrayna Silahlı Qüvvələri indiyədək İran istehsalı olan 300-dən çox “Şahed-136” pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib”.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi Yuri İqnat bildirib.

O deyib ki, bunun fonunda Rusiya Silahlı Qüvvələri son zamanlar hücumların intensivliyini azaldıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfinin istifadə etdiyi digər PUA-ları, xüsusən də “Mohajer-6” və daha kiçik dronları vurub.