- Cəmiyyət

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Alliqator”unu məhv edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha çox “Alliqator” kimi tanınan “Ka-52” kəşfiyyat-zərbə helikopterini məhv edib.

“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatına istinadən məlumat yayıb.

“Hərbçilərimiz “Alliqator” kimi tanınan daha bir bahalı zərbə helikopteri – “Ka-52”ni məhv ediblər”, – məlumatda bildirilir.

Bununla belə, helikopterin cəbhənin hansı istiqamətində vurulduğu göstərilməyib.

Qeyd edək ki, “Ka-52” helikopteri döyüş meydanında zirehli və zirehli olmayan texnikaları, canlı qüvvə və hava hədəflərini vurmaq qabiliyyətinə malikdir.