- Cəmiyyət

Ukrayna SQ: “Zaporojye vilayətində müdafiə xəttini yarmışıq, düşmən geri çəkilir”

“Zaporojye vilayətində müdafiə xəttini yarmışıq, Rusiya qoşunları geri çəkilir”.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Nataliya Qumenyuk deyib.

Onun sözlərinə görə, artıq düşmən həmin ərazilərdə möhkəmlənə bilməz: “Belə şansları yoxdur. Bizim irəlilədiyimiz isə göz qabağındadır. Ona görə də qarşı tərəf geri çəkilir”.

N.Qumenyuk bildirib ki, azad edilən hər bir ərazi Ukrayna üçün vacibdir: “Azad edilən hər bir yaşayış məntəqəsi möhkəmlənməyimiz üçün əhəmiyyətlidir. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi düşmənə çox güclü psixoloji təzyiqdir”.

Qeyd edək ki, dünən, avqustun 28-də Ukrayna ordusu Zaporojye vilayətindəki Robotino kəndini azad etmişdi. Bundan sonra həmin əməliyyatın komandiri Zaporojyedə Rusiyanın ən güclü müdafiə xəttinin yarıldığını açıqlamışdı.