- Cəmiyyət

Ukrayna tezliklə yeni “Patriot” HHM sistemləri alacaq

Ukrayna tezliklə “Patriot” hava hücumundan müdafiə sistemlərini alacaq.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte deyib.

O qeyd edib ki, Ukraynaya yeni hərbi yardımın elan edilməsi ilə onun verilməsi arasında adətən az vaxt olur.

“Məsələn, NATO-nun Vaşinqtonda keçirilən sammitində dövlətlər Ukraynanı “Patriot” sistemləri ilə təchiz etməyi öhdələrinə götürdülər. Bu, bir az vaxt aparıb. Xoşbəxtlikdən, onların əksəriyyəti artıq çatdırılıb və ya yaxın vaxtlarda çatdırılacaq”, – baş katib əlavə edib.