Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar martın 16-da davam edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, tərəflərin mövqelərində əsaslı ziddiyyətlər olsa da, güzəştə getmək ehtimalı da var.