“Ukraynada 20-yə yaxın yaşayış məntəqəsinin adı Ukrayna dilinin normalarına uyğun gəlmir”.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna dilinin mühafizəsi üzrə komissarı Taras Kremin bildirib.
Qeyd edək ki, bundan əvvəl Kremin ukraynalılardan rusdilli şəhər və qəsəbə adları ilə bağlı şikayətlər aldığını, yerli hakimiyyət orqanlarına belə adların Ukrayna orfoqrafiya standartlarına uyğunlaşdırılması xahişi ilə müraciət etdiyini bildirmişdi.