Ukraynada 2022-ci ilin fevralından bəri davam edən münaqişə nəticəsində 9,2 mindən çox dinc sakin həlak olub.
“Report” xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo deyib.
Onun sözlərinə görə, ölən 9 287 nəfərin 537-si uşaqdır: “Münaqişə nəticəsində 16 384 nəfər yaralanıb, o cümlədən 1 117 uşaq. Bu rəqəmlər yalnız təsdiqlənmiş halları əhatə edir. Ölən və yaralıların real sayı xeyli çoxdur”.
O, həmçinin bildirib ki, ukraynalı qaçqınların sayı 6,3 milyon, məcburi köçkünlər isə 5,1 milyon nəfər təşkil edib.