Ötən gecə Rusiya qoşunları Ukrayna ərazisinə bir neçə dron göndərib. Onlarla pilotsuz uçuş aparatı məhv edilib.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Humenyuk milli telemarafonun efirində bildirib.
“Hücum kütləvi idi, lakin hava hücumundan müdafiə də yetərincə təsirli idi – 30-dan çox dron məhv edilib. Baş Qərargah və Hərbi Hava Qüvvələri daha dəqiq rəqəm verəcək”, – sözçü diqqətə çatdırıb.