- Cəmiyyət, Manşet

Ukraynada helikopter qəzasında həlak olanların sayı 19-a çatıb

Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında ölənlərin sayı 19-a çatıb, 29 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Yaralılardan 15-i uşaqdır.

Hadisə şahidlərinin sözlərinə görə, helikopter bağça üzərində üç dəfə dövrə vurub, ardınca yüksək sürətlə yerə enib. Partlayışdan dərhal sonra yanğın baş verib.

DİN-dən bildirilib ki, hadisənin səbəbi araşdırılır.