Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynada kiril əlifbasının əvəzinə latın qrafikasını təklif edib.
Modern.az xəbər verir ki, o, həmçinin İngilis dili Ukraynada ölkənin doğma dili kimi əsas olmalı olduğunu da qeyd edib. “Ölkəmizdə iki dilin olmasının tərəfdarıyam.
İngilis dili məcburi olmalıdır. Çünki sivil dünyadan danışırıqsa, İngilis dili sivil ünsiyyət dilidir. Və hər kəsin ingilis dilini bilməli olduğunu anlamalıyıq”, – deyə Aleksey Danilov vurğulayıb.