- Cəmiyyət

Ukraynada Pasxa bayramında komendant saatı kilsələrə də şamil olunacaq

Ukraynada kilsələr Pasxa bayramında komendant saatı zamanı fəaliyyət göstərməyəcək.

APA “Ukranews.com” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna polisi, Ukrayna Pravoslav Kilsəsi və Ukrayna Yunan-Katolik Kilsəsi məlumat yayıb.

“Dini binalar komendant saatı ərzində bağlı olacaq”, – məlumatda qeyd olunub.

Komendant saatı zamanı Pasxa bayramı ayinlərinin də kilsələrdə keçirilməyəcəyi vurğulanıb.

Bildirilib ki, bayram ərzində polis kilsələr və digər ictimai məkanlara gücləndirilmiş rejimdə nəzarət edəcək.

Qeyd edək ki, Roma Papası Fransisk Ukraynada Pasxa bayramı zamanı sülhə nail olmağa çağırıb.