- Dil, Manşet

Ukraynada rus dili tədrisinin dayandırılması təklif edilib

Ukrayna məktəblərində sentyabrın 1-dən rus dili başqa fənlə əvəz oluna bilər.

APA-nın xəbərinə görə, bu təkliflə dövlət dilinin müdafiəzi üzrə məsul şəxs Taras Kremen bildirib.

“Rus dilinin orta məktəbdə tədrisinə gəlincə, düşünürəm ki, bunu başqa fənlə əvəzləmək məsələsinə baxılmalıdır. Mən təhsil naziri və təhsil ombudsmanının başqa fənn tədris etməyən rus dili müəllimlərini tədris ilinin sonunadək boşdayanmaya göndərmək fikrini bölüşürəm. Sentyabrın 1-dən etibarən isə bu dərsi daha vacib fənlərlə, məsələn Ukrayna dili, əfəbiyyatı, tarixi və ya ingilis dili ilə əvəzləmək mümkündür” – Kremen canlı efrdə bildirib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova