- Cəmiyyət, Manşet

Ukraynada Rusiyaya məxsus 4 silah anbarı məhv edilib

Ukrayna ordusu ölkənin cənubunda Rusiyaya məxsus 4 silah anbarını məhv edib.

APA UNİAN-a istinadla xəbər verir ki, bu barədə Cənub ordu Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Cənub istiqamətində döyüşlər zamanı Rusiya ordusuna aid 2 tank, 1 YARS, 16 avtomobil texnikası, 1 özüyeriyən artilleriya qurğusu və 4 silah anbarı məhv edilib. Toqquşmalar zamanı 48 rusiyalı hərbçi öldürülüb.