- Cəmiyyət

Ukraynada son sutkada Rusiyanın 20 “Shahed” PUA-sı və 2 qanadlı raketi vurulub

Rusiya ordusu son sutkada Ukrayna ərazisinə İran istehsalı olan 20 “Shahed” pilotsuz uçuş aparatı (PUA) və 2 “Kalibr” qanadlı raketi ilə hücum edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib.

PUA və raketlərin hamısı vurulub.