- Mədəniyyət

Ukraynada “Şuşa İli” çərçivəsində sərgilər təşkil olunub

Ukraynada “Şuşa İli” çərçivəsində silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Şuşa İli” çərçivəsində İrpen şəhər Muzeyi və Taurida Milli Universitetində “Şuşa ili” ilə bağlı fotosərgilər keçirilib.

Sərgilərdə Birliyin sədri Fərid Şahbazlı, İrpen şəhər Meriyasının, universitetin rəhbərliyi, tələbələr, müəllimlər iştirak ediblər. Sərgilərdə Şuşanın tarixi, mədəni irsi, işğal dövründə məruz qaldığı vandallıq, təbiəti, turizm potensialı, Prezident İlham Əliyevin Şuşaya səfərlərini əks etdirən fotolar nümayiş olunub.

Eyni zamanda, Qarabağda qazandığımız böyük Zəfər və Şuşa şəhərinin Azərbaycan üçün siyasi-strateji əhəmiyyəti haqqında Ukrayna ictimaiyyətinin nümayəndələrinə geniş məlumat verilib. Sərgidə nümayiş etdirilən fotolar və Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ukraynalılar tərəfindən böyük maraqla qarşılanıb, ukraynalı gənclər bu şəhəri ziyarət etmək arzusunda olduqlarını bildiriblər.