Ağır döyüşlər davam edir, lakin işğalçılar artıq zavodun ərazisində deyil.
Mariupoldakı “Azovstal” zavodunu müdafiə edən ukraynalılar işğalçıların hücumunu dəf edə biliblər.
Bu barədə telemarafon efirində Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
Onun sözlərinə görə, “Azovstal”da döyüşlər davam edir və ukraynalı əsgərlər üstün olan düşmən qüvvələrinə mərdliklə müqavimət göstərirlər.
“Dünən rus qoşunları “Azovstal” ərazisinə daxil olub, lakin bizim müdafiəçilər tərəfindən oradan çıxarılıb. İndi biz məlumatları ümumiləşdiririk”, – Aretoviç bildirib.