İki ukraynalı pilot döyüş təyyarələrini, o cümlədən “F-16” qırıcılarını idarə etmək bacarıqlarını qiymətləndirmək üçün ABŞ-dədir.
“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Ukraynalı pilotların bacarıqları Arizona ştatının Tukson şəhərindəki hərbi bazada simulyatorlarda qiymətləndirilir və bu proses digər ukraynalı pilotların cəlb edilməsi ilə davam etdirilə bilər. Bildirilir ki, ABŞ rəhbərliyi bu ay oxşar qiymətləndirmədən keçmək üçün daha 10 ukraynalı pilotun ABŞ-yə gətirilməsinə icazə verib.
Bu, ukraynalı pilotların amerikalı hərbi təlimçilər tərəfindən bacarıqlarının qiymətləndirilməsi üçün ABŞ-a ilk belə səfəridir. Qeyd edilir ki, əsas məqsəd pilotların bacarıqlarının artırılması və tələb olunan təlimlərin müddətini müəyyən etməkdir.