- Cəmiyyət, Manşet

Ukraynalılar işğalçıları zəhərləyir

Ukraynalılar işğalçılara bütün mümkün vasitələrlə, o cümlədən qida və spirtlə zəhərləməklə müqavimət göstərirlər.

kamilinfo unian.net-ə istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında cəsur ukraynalılar Rusiya Federasiyasının 3-cü motoatıcı diviziyasından olan ruslara zəhərli piroqlar veriblər. Nəticədə iki işğalçı dərhal ölüb, daha 28 nəfər reanimasiyadadır. Onların hazırkı vəziyyəti dəqiqləşdirilir.

Kəşfiyyat məlumatlarına görə, “dünyanın ikinci ordusu” Ukrayna alkoqolunu həvəslə qəbul edir.

“Rusiya Federasiyasının 3-cü motoatıcı diviziyasının 500-ə yaxın hərbi qulluqçusu mənşəyi məlum olmayan ağır alkoqol zəhərlənməsi səbəbindən xəstəxanalardadır. Rusiya komandanlığı bu halları qeyri-döyüş itkiləri kimi qələmə verir”.