- Cəmiyyət

Ukraynanın cənubuna “Oniks” qanadlı raketləri ilə zərbələr endirilib

Rusiya silahlı qüvvələri Kiyevin qərbində yerləşən Jitomir vilayətində silah-sursat anbarını “Kalibr” raketləri ilə məhv edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Martın 25-i gün ərzində “Kalibr” yüksək dəqiqlikli dəniz əsaslı qanadlı raketləri Jitomir vilayətinin Velikie Korovnitsı kəndi yaxınlığındakı sursat və silah anbarını məhv edib”, – deyə Konaşenkov vurğulayıb.

Rusiya MN sözçüsü yüksək dəqiqlikli “Oniks” qanadlı raketləri ilə Ukraynanın cənubundakı Silahlı Qüvvələri qruplaşmasının yanacaqla təmin olunduğu Nikolayev vilayətindəki yanacaq bazasının məhv edildiyini söyləyib.