- Cəmiyyət, Manşet

Ukraynanın endirdiyi zərbələr Rusiya ordusunda çaxnaşma yarada bilər

Ukrayna Silahlı Qüvvələrinin qarşı tərəfə endirdiyi zərbələr Rusiya ordusunda çaxnaşma yarada bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, Ukraynanın əks-hücum əməliyyatları qarşı tərəfdə ruh düşkünlüyünə səbəb olur. Eyni zamanda, cəbhənin bir neçə kritik istiqamətində düşmənin müdafiəsi üçün təhlükə yaranır.

Amerikalı analitiklərin fikrincə, gələcəkdə Rusiya ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması mümkündür.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyununda Ukrayna əks-hücum əməliyyatına başlayıb.